"Qarabağda müharibə olmayacaq" - Rusiya səfiri

"Qarabağda müharibə olmayacaq" -

Qarabağ münaqişəsini hərbi yol ilə həll etmək mümkün deyil. O, yalnız danışıqlar masası arxasında və yalnız sülh yolu ilə həll edilə bilər. Virtualaz.org erməni KİV-lərinə istinadən bildirir ki, bunu sentyabrın 29-da jurnalistlərlə görüşdə Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri İvan Volınkin bildirib və əlavə edib ki, ATƏT-in Minsk Qrupunun və bütün dünya ictimaiyyətinin diqqəti buna yönəlib.

“Mən ümid edirəm ki, heç bir gərginlik olmayacaq”, - İvan Volınkin vurğulayıb. Onun sözlərinə görə, təmas xəttində və sərhəddə baş verənlər dərin təəssüf doğurur: “Həlak olan hərbçilərin ailələrinə dərin hüznlə başsağlığı verirəm”. Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün keçirilməsinin mümkünlüyünə dair suala cavab verərkən, Rusiya səfiri deyib: "Mövzunun iki nazirin Nyu-Yorkdakı görüşündə müzakirə olunduğunu düşünürəm. Amma təəssüf ki, nəticələri bilmirəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1147 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...