“Umid edirəm ki, müşahidə missiyamız Azərbaycana öz mesajımızı ötürməmiz üçün bir şans olacaq”

“Umid edirəm ki, müşahidə missiyamız Azərbaycana öz mesajımızı ötürməmiz üçün bir şans olacaq”


“Biz bu gün AŞPA Bürosunun iclasında qərara gəldik ki, Azərbaycanda keçiriləcək parlament seçkilərinə öz müşahidə missiyamızı göndərək”.

APA-nın Avropa bürosunun xəbərinə görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Ann Brassör keçirdiyi brifinqdə deyib. O bildirib ki, demokratiyanın olması üçün insan hüquqlarına da hörmətlə yanaşılmalıdır: “Umid edirəm ki, bu missiyamız Azərbaycana öz mesajımızı ötürməmiz üçün bir şans olacaq”.

A. Brassör erməni jurnalistlərin guya Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində təcavüzkar tərəf olduğuna dair provokativ suallarına da cavab verib: “Mən bunu bir neçə dəfə demişəm, Avropa Şurası üçün ərazi bütövlüyü məsələsi həyati bir məsələdir. Bununla belə, zorakılıq heç vaxt cavab tərzi deyil və ola da bilməz. Hazırda danışıqlar gedir. Bizə bəziləri deyirlər ki, biz bu danışıqlarda iştirak edə bilmərik, siz bu işə qarışmayın. Amma onu da deyim ki, bu münaqişə bizim təşkilatın iki üzvü arasında gedir və biz dialoq yolu ilə bu məsələnin həllini tapmalıyıq. Biz burada, AŞPA zalında hər iki tərəf arasında gərginliyin olduğunu müşahidə edirik və bu gərginliyin öhdəsindən gəlib onu aradan qaldırmalıyıq. AŞPA da ən azından bunun həll yolunu tapmağa çalışmalıdır. Çünki ilk növbədə bu regionun əhalisi əziyyət çəkir. Bu insanlar da Avropa Şurasının üzvləridir və onların da insan hüquqları müdafiə olunmalıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1025 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...