BMT-də Güney Azərbaycanda insan haqları dinləmələri keçiriləcək

BMT-də Güney Azərbaycanda insan haqları dinləmələri keçiriləcək


Sentyabrın 21-də Cenevrədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığında İran azərbaycanlılarının, İranda yaşayan milli azlıqların durumu və Urmiya gölündəki ekoloji faciə ilə bağlı dinləmələr keçiriləcək.

Dünya Azərbaycanlıları Konqresinin (DAK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlı müzakirələrə qatılmaq və bu mövzuda çıxış etmək məqsədilə sabah Cenevrəyə yola düşəcək.

Dinləmələrdə DAK həmsədri ilə yanaşı, Güney Azərbaycan Demokrat Partiyasının (GADP) başqanı Mahmud Bilgin, Avropa Azərbaycanlıları Alyansının (AAA) üzvü Aida Bilgin və İrandakı milli azlıqların nümayəndələri iştirak edəcəklər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1252 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...