Pentaqon Rusiyaya qarşı müharibəyə hazırlayır

Pentaqon Rusiyaya qarşı müharibəyə hazırlayır


Pentaqon Baltikyanı regionda Rusiyaya qarşı yeni müharibə planları hazırlayır.

Bu barədə AzVision.az “ForeignPolicy”-yə istinadən xəbər verir. Məlumatda vurğulanır ki, Sovet İttifaqının dağılmasında sonra ABŞ Müdafiə Nazirliyi ilk dəfə Rusiya ilə silahlı münaqişə zamanı fövqəladə şəraitdə fəaliyyət planını yenidən nəzərdən keçirmək və yeniləmək qərarına gəlib. Əgər əvvəllər fövqəladə tədbirlər planında Rusiya potensial tərəfdaş kimi göstərilirdisə, Krımın birləşdirilməsindən sonra Rusiya potensial təhlükəyə çevrilib.

“Rusiyanın davranışı ilə meydana gələn təhlükəsizlik planında şəraiti nəzərə alaraq, NATO müttəfiqlərinə qarşı təcavüzə cavab olaraq fəaliyyət planımızı yeniləməyin vacibliyi göz önündədir”, - ABŞ Müdafiə Nazirliyinin yüksək vəzifəli nümayəndəsi bəyan edib. Bununla yanaşı nəşrin məqaləsində vurğulanır ki, Pentaqon silahlı qarşıdurmadan tutmuş zombilərin hücumuna qədər bütün mümkün ssenarilər üzrə hərəkət planı hazırlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1335 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...