“Mən bundan sonra rektorluğumu davam etdirəcəyəm”

“Mən bundan sonra rektorluğumu davam etdirəcəyəm”


Əhməd Vəliyev: “Seçimi partiya etdi”

“Mən bundan sonra rektorluğumu davam etdirəcəyəm”. Bu fikirləri Musavat.com-a adı YAP-ın seçki siyahısında olmayan deputat, “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyev söyləyib. Rektor etiraf edib ki, o, partiyanın şərtini qəbul edərək belə bir qərar verib: “Təbii ki, partiya nə məsləhət görürsə, o da olmalıdır. Üstəlik, siyahıya YAP baxır. Özü də 10 il deputat olmuşuq, daha nə qədər deputat olmaq olar?”

“Şəxsən siz hansını seçərdiniz, millət vəkilliyini, yoxsa rektorluğu” sualına cavabında Ə.Vəliyev belə cavab verib: “Mən rektoram, işimi buraxa bilmərəm ki. Mən universitet yaratmışam”. Ə.Vəliyev onun yerinə verilən namizədlə bağlı yalnız bunları bildirib: “O namizədi tanımıram, bilmirəm harda işləyir, kimdir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1139 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...