“Bizə riyakarlıq, ikiüzlülük göstərdilər”

“Bizə riyakarlıq, ikiüzlülük göstərdilər”


Milli Məclisin Avropa Parlamentinin qəbul etdiyi qətnamə ilə bağlı keçirdiyi növbədənkənar iclas davam edir. Modern.az xəbər verir ki, iclasda çıxış edən millət vəkili Azay Quliyev bildirib ki, bu qətnamədə o qədər absurd ifadələr var ki, onu ciddiyə almamalıyıq: “Bizim Avropa İttifaqı ilə münasibətlərimiz şəffaf şəkildədir. Biz “Avronest” lə də əməkdaşlıq etdik. Amma onlar müqabilində bizə riyakarlıq, ikiüzlülük göstərdilər. Avropa İttifaqının yükəsk çinli rəsmilərinin səfəri təxirə salınıb. Bu siyasət davam etməlidir”.

Millət vəkili Asim Mollazadənin sözlərinə görə, bu qətnamə informasiya müharibəsinin bir hissəsidir. Onun sözlərinə görə, Avropa Parlamentinin qarşısında öz etirazlarımızı bildirməliyik:

“Avropanın tanınmış siyasətçilərinin işğal olunmuş torpaqlara səfərləri başladı. Avropa Parlamentinin Dağlıq Qarabağa gedən deputatlarına 50 mindən səkkiz minə qədər avro verilir. Azərbaycanla bağlı qətnamənin lehinə səs verənlərin çoxu özlərini demokratiyanın carçısı adlandırır, hansı ki onlar demokratiya olmayan ölkələrlə bağlı sanksiyaların qaldırılmasının tərəfdarıdırlar və bunu tələb edirlər. Biz müstəqil dövlət kimi böyük qardaşlara artıq yox demişik. İndi bizə ikinci böyük qardaş lazım deyil”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
987 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...