Milli Şurada seçki qalmaqalı

Milli Şurada seçki qalmaqalı


Milli Şuranın Koordinasiya Mərkəzi noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərində iştirak etməmək haqqında qərar qəbul etsə də, qurumun bəzi üzvləri seçkilərdə deputatlığa namizəd olacaqlarını açıqlayıb.

Milli Şuranın üzvü Samir Əsədli APA-ya hər kəsin öz seçimi olduğunu əsas gətirərək, seçkilərdə iştirak edəcəyini açıqlayıb: “Hər kəs qərar qəbul etməkdə sərbəstdir. Mən Milli Şuranın üzvü olsam da, eyni zamanda Vətəndaş Həmrəyliyi Partiyasında təmsil olunuram. Mənim təmsil olunduğum partiyanın Siyasi Şurası isə parlament seçkilərində iştirakla bağlı qərar qəbul edib. Mən də partiyanın qərarına uyğun olaraq hərəkət edirəm”.

Milli Şuranın digər üzvü Ülvi Həsənli də deputatlığa namizəd olacağını bildirib: “Mən həm də “NİDA” Hərəkatının İdarə Heyətinin üzvüyəm və biz seçkilərdə iştirak haqqında qərar qəbul etmişik. Milli Şuradan fərqli olaraq, biz seçkilərdə iştirakın tərəfdarıyıq”.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Oqtay Gülalıyev isə APA-ya deyib ki, Əsasnaməyə görə, qərar qurumun adından verilir: “Ancaq Milli Şura üzvlərinin fərqli düşüncəsinə də hörmətlə yanaşılır. Hesab edirəm ki, Milli Şuranın əksər üzvləri seçkilərdə iştirak etməmək haqqında qərara əməl edəcək. Milli Şuranın üzvü olan bəzi şəxslərin seçkidə iştirak məsələsi nə münasibət isə Koordinasiya Mərkəzində müzakirə olunmayıb. Ancaq zərurət yaranarsa, biz bu məsələsini müzakirə edə bilərik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1121 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...