"Deputat olmaq üçün seçkilərə qatılmayacam”

"Deputat olmaq üçün seçkilərə qatılmayacam”


“Noyabr ayında keçiriləcək parlament seçkilərində iştirak etmək üçün namizədliyimi verməmişəm. Bir sözlə, deputat olmaq üçün seçkilərə qatılmayacam”. Bunu. Modern.az saytına açıqlamasında sabiq deputat Gülər Əhmədova deyib. O, parlamentdə təmsil olunan deputatların yaş fərqilə bağlı səslənən məsələyə də münasibət bildirib. “Düşünürəm ki, parlamentdə təmsil olunan insanların istər gənc, istərsə də yaşlı olmasının o qədər də önəmi yoxdur. Parlamentdə təmsil olunan dəyərli şəxslərin gənc, yaxud da yaşlı olması diqqət çəkməməlidir. Əsas meyar intellektli olmaq və vətənə, dövlətçiliyə bağlılıqdır”.

Gülər Əhmədova vaxtilə haqqında mətbuatda yazılanlar barədə də danışıb.

“Deputat olduğum dönəmlərdə həmişə jurnalistləri özümə dost hesab etmişəm. Lakin həyatımın məsuliyyətli dövründə jurnalistlərdən özümə qarşı qisasçılıq gördüm. Əlbəttə ki, bu, bütün jurnalistlərə aid deyil. Artıq bunların hamısı tarixdir. Bu barədə danışmağa dəyməz. Əsas olan odur ki, dövlətimiz, müstəqilliyimiz var olsun!. Bu qədər!.”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1067 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...