YAP-ın maliyyə məsələləri Siyavuş Novruzova tapşırıldı

YAP-ın maliyyə məsələləri Siyavuş Novruzova tapşırıldı


Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Milli Məclisə seçkilərdə YAP-ın maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi olub. APA-nın məlumatına görə, bu, Mərkəzi Seçki Komissiyasının “2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında” qərarında əksini tapıb.


Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sabiq sədri Qərib Məmmədov, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri Tağı Əhmədov, millət vəkilləri Məlahət İbrahimqızı, Hüseynbala Mirələmov və Sədaqət Vəliyeva də daxil olmaqla, 157 nəfər hakim partiyanın səlahiyyətli nümayəndələri təsdiq olunublar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1099 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...