Amerika biznesinin missiyası Bakıya gəlir

Amerika biznesinin missiyası Bakıya gəlir


Amerika-Azərbaycan Ticarət Palatası (USACC) və ABŞ Ticarət Xidmətinin təşkil etdiyi Amerika ticarət missiyası üçün ərizə qəbul edilir. "Turan" bildirir ki, ərizələr oktyabrın sonuna kimi qəbul edilir, missiya 18-20 noyabrda olacaq. Ticarət Palatasının birgə məlumatında deyilir ki, bu, yerli bazarın öyrənilməsi, aparıcı regional ekspertlər, vəzifəli şəxslər, qlobal şirkətlərlə münasibətlərin qurulması üçündür. «Missiya həmçinin potensial tərəfdaş, müştəri, distribütor tapmaq məqsədi güdür», - deyə USACC bildirir.

Tədbirə kənd təsərrüfatı, maliyyə, neft, kimya, təhsil, energetika, səhiyyə, yeyinti sənayesi, İT, tikinti, yüngül sənaye, maşınqayırma, əczaçılıq, nəqliyyat, logistika, turizm üzrə şirkətlər qatılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1012 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...