ADP seçkidə iştirak qərarı verdi - seçki qərargahı yaratdı

ADP seçkidə iştirak qərarı verdi -


Bu Gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər müzakirə obyekti olub. Toplantı iştirakçıları qarşıdan gələn parlament seçkilərinə dair məsələni müzakirə edən İdarə Heyətində ADP-nin seçkidə koalisiya şəklində iştirakla bağlı səylərinə baxmayaraq müxalifətin mümkün seçki blokunun alınmamasından təəsüf ifadə edilib.

GUNDEMİNFO.AZ-a daxil olan məlumata görə Partiyanın seçkidə təkbaşına iştirakı ilə əlaqədar ilkin qərar qəbul edilib və ADP-nin mərkəzi seçki qərargahı yaradılması (MSQ) haqqında qərar qəbul edilib. Qərarda partiya İdarə Heyətinin tam tərkibdə MSQ-nın tərkibinə daxil edilməsi və seçki dövründə partiya adından qərarların verilməsi səlahiyyətinin bu quruma verilməsi qeyd edilir. MSQ-nın ilk iclası 26 avqusta təyin edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1116 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...