ADP QƏRAR VERDİ - seçkidə təkbaşına iştirak edəcək
Ötən gün Ümid Partiyasının qərargahında "Qarabağ" Blokunun iclası keçirilib. Bu barədə Azərbaycan Demokrat Partiyasının (ADP) mətbuat xidmətindən Modern.az saytına məlumat verilib.
İclasda hər iki partiyanın qarşıdan gələn parlament seçkilərində iştirakı məsələsinə baxılıb. Ümid Partiyasının “125-lər” adlı seçki bloku ilə iki illik əməkdaşlığını, bu blokda seçkilərə qatılmağa üstünlük verdiyini və ADP-nin “125-lər” bloku ilə bu günə qədər heç bir əməkdaşlıq etmədiyini əsas götürərək Ümid Partiyası ilə ADP seçkilərdə ayrı-ayrılıqda, öz namizədləri ilə, müstəqil iştirak etmək haqqında razılıq əldə ediblər.
Bununla da ADP seçkilərdə təklikdə iştirak etmək məsələsinə baxmaq üçün partiyanın müvafiq seçkili orqanının növbədənkənar yığıncağının çağırılması haqda qərara gəlib.
Qeyd edək ki, ADP sədri Sərdar Cəlaloğlu bildirmişdi ki, “Qarabağ” blokuna daha bir partiya qoşulmaq istəyir. Lakin ADP və Ümid Partiyasının parlament seçkiləri ilə razılığa gələ bilməməsi onu göstərir ki, yeni partiyanın “Qarabağ” blokuna qoşulması reallaşmaya bilər.
1074 dəfə oxundu