Təzə AXCP-çilər qəzet və sayt yaradır

Təzə AXCP-çilər qəzet və sayt yaradır


AXCP Etimad Qurultayının Təşkilat Komitəsini sədri Razi Nurullayev informasiya portalı açacaq.


Bu barədə Hafta.az-a R.Nurullayevin özü məlumat verib. O bildirib ki, çox istərdik “Azadlıq” qəzeti müstəqil olub, hər kəsin fikrini işıqlandırsın: “Ancaq əks təqdirdə biz nə edə bilərik? “Cümhuriyyət” qəzetini buraxacağıq. Ayrıca da cəbhə.info portalımız olacaq. Bunların ikisini də işlədəcəyik. AXCP-nin isə veb formatda yeni səhifəsini yaradacağıq. Bu məsələdə qərarlıyıq və sona qədər gedəcəyik”. R. Nurullayev parlament seçkilərinə hazırlıqları barəsində də danışıb. O bildirib ki, təşkilatlanma mərhələsində olduqları üçün, seçkilərə hazırlaşma imkanları yoxdur:

“Anında qərar verəcəyik. Üzvlərimizdən kimlərsə seçkilərdə iştirak edə bilərlər. Lakin bloklar daxilində və ya hansısa konsepsiya şəkilində qatılmaq imkanlarımız olmayıb. Qeyd etdiyim kimi, ayrı-ayrılıqda seçkilərə qatılmağı düşünürük”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1181 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...