İrəvanı etiraz dalğası bürüyür: "Sarkisyan istefa verməlidir"

İrəvanı etiraz dalğası bürüyür:


Ermənistanda etiraz aksiyaları yenidən baş qaldırır. İrəvanda “Qalx, Ermənistan!” aksiyasının təşkilatçıları yeni kütləvi etirazlara başlayacaqlarını bildiriblər.

ANS PRESS-in məlumatına görə, təşkilatçıların bu dəfə ki əsas tələbi Ermənistan prezidenti Serj Sarkisyanın istefası və iqtidar partiyanın nümayəndələrinin hakimiyyət vəzifələrindən kənarlaşdırılmasıdır.

Hələ keçən həftə hərəkatın koordinatoru Andreas Qukasyan bu günə işarə edərək mitinqin İrəvanın mərkəzində keçiriləcəyini bildirmişdi. Onun sözlərinə görə mitinq İrəvanın Respublika meydanında keçiriləcək. Qukasyan bildirib ki, mitinq zamanı dövlətin elektrik tariflərinin qaldırılmasına qarşı etdiyi işlər müzakirə olunacaq və tələblərin məzmunu aydınlaşdırılacaq. Təşkilatçıların təbirincə hakimiyyət Rusiyanın “İnter RAO” şirkətinə məxsus “Ermənistan elektrik şəbəkələri” şirkətini milliləşdirməli, elektrik enerjisi qiymətlərinin razılaşdırılması üçün danışıqlarda iştrak edən Ermənistan ictimai xidmətlərin tənzimlənməsi üzrə Komissiya üzvlərini istefaya göndərməlidir.

Amma ən əsas tələb ölkə rəhbərliyinin istefasıdır. Etirazçılar bildirirlər ki, Serj Sarkisyan və onun partiya üzvləri hakimiyyətdən getmiyənəcən meydanı tərk etmiyəcəklər. Ermənistanda elektrik enerjisinə olan tariflər 1 avqust tarixində 15 faizdən çoxartırılıb. Bundan sonra kütləvi etirazlar fonunda nə edəcəyini bilməyən hakimiyyət “Ermənistan elektrik şəbəkələri” şirkətində beynəlxalq audit keçirilməsi qərarına gəlir. Yoxlamanın bitəcəyinə kimi isə insanlar köhnə tariflə ödəniş etməyə davam edəcəklər. Bu zaman tariflər arasındakı fərq dövlət büdcəsindən ödəniləcək.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1220 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...