Mövlud Çavuşoğlu yenidən Azərbaycana gəlir

Mövlud Çavuşoğlu yenidən Azərbaycana gəlir

Türkiyənın xarici işlər naziri Mövlud Çavuşoğlu gələn ay Azərbaycana gələcək. Diplomatik mənbələrdən APA-ya məlum olub ki, o, aprelin 5-6-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının nazirlər konfransına qatılacaq. Qeyd edək ki, Türkiyə Qoşulmama Hərəkatının üzvü deyil. Xatırladaq ki, M. Çavuşoğlu martın 15-də Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçirilən ilk dördtərəfli görüşündə və VI Qlobal Bakı Forumunda iştirak edib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
851 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...