Poroşenko prezident İlham Əliyevə başsağlığı verib

Poroşenko prezident İlham Əliyevə başsağlığı verib

Ukrayna prezidenti Petro Poroşenko Azərbaycanın dövlət başçısı İlham Əliyevə başsağlığı verib

Poroşenkonun məktubunda deyilir:

“Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində yanğın nəticəsində insanların həlak olması barədə dəhşətli xəbər Ukraynada böyük kədər hissi ilə qarşılanıb. Həlak olanların doğmalarına və yaxınlarına Ukrayna xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, zərərçəkənlərin hamısına tezliklə sağalmağı arzu edirəm”.

İ. Əliyevə həmçinin Rusiya Federasiyası Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov başsağlığı verib: “Hörmətli İlham Heydər oğlu. Bakıdakı Respublika Narkoloji Mərkəzində yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar tatarıstanlıların adından və şəxsən öz adımdan Sizə dərin hüznlə başsağlığı verirəm. Bu faciə nəticəsində həlak olanların doğmalarının və yaxınlarının ağrı-acısını bölüşür, onlara səbir diləyir, dərdlərinə şərik olduğumuzu bildiririk”.(APA)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
849 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...