Ərdoğan: “Heç kim Afrində Türkiyənin gücü qarşısında dayana bilməz”

Ərdoğan: “Heç kim Afrində Türkiyənin gücü qarşısında dayana bilməz”

"Heç kim Afrində Türkiyənin gücü qarşısında dayana bilməz". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Dövlət başçısı bildirib ki, əgər hər hansı qüvvə və ya ölkə "Zeytun budağı" hərbi əməliyyatına mane olmağa çalışsa, cavabını alacaq:

"Türkiyənin terrorçularla mübarizədə hər hansı məsləhətləşməyə ehtiyacı yoxdur". Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.(trend)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
838 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...