“Azərbaycan döyüşə tam hazırdır, bizim üçün çətin olacaq”

“Azərbaycan döyüşə tam hazırdır, bizim üçün çətin olacaq”

“Azərbaycan prezidenti İlham Əliyevin İrəvanla bağlı çıxışı barədə düşünmək və onun taktikasını anlamaq lazımdır”.

AzVision.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu veteran erməni kəşfiyyatçı Vova Vardanov deyib. O, bildirib ki, Azərbaycan Göyçə gölünə daxil olmaq üçün mütləq Daşkəsən və Gədəbəydən hücuma keçməlidir.

“Faktiki olaraq bizim hərbçilər bilir ki, Azərbaycan döyüşə tam hazırdır. Azərbaycan ordusu İrəvan istiqamətində hücuma keçsə, mütləq bunu Naxçıvandan edəcək”.

Kəşfiyyatçı qeyd edib ki, Naxçıvan tərəfdən hücum xəbərdarlığı etmək lazımdır, yoxsa nəticələr ölkə üçün ağır olacaq:

“Naxçıvanın ordu korpusu kifayət qədər inkişaf edib və silah arsenalı genişlənib. Onlar hücuma hazırdırlar, bizə zərbə vura bilərlər, yəni zəif deyillər. Mən qoşunlarımızın bu döyüşə hazır olmasını təklif edirəm. Gərək biz real döyüşə hazırlaşaq. Yalnız müdafiə olunmaq taktikası davam edərsə, istisna deyil ki, bizdə yeni ərazi itkisi ola bilər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
837 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...