ADP seçkidə iştirak qərarı verdi - "Seçki kompaniyasına fəal maddi dəstək olun"

ADP seçkidə iştirak qərarı verdi -

Azərbaycan Demokrat Partiyası ölkədəki ictimai siyasi vəziyyəti, siyasi coğrafiyamızda baş verən təhlükəli prosesləri, ölkənin avroatlantik məkana inteqrasiyasının vacibliyini, eləcə də demokratik prosedurların işləməsinin mövcudluğunun müstəsna əhəmiyyətini nəzərə alaraq partiyanın 2007-ci ildə müəyyən etdiyi siyasi kursa uyğun olaraq seçkidə iştirak haqqında qərar qəbul etmişdir. Bu barədə partiyanın mətbuat xidmətindən GUNDEMİNFO.AZ-a daxil olan məlumada bildirilir.

Azərbaycan Demokrat Partiyası ölkədə narazı elektoratı, partiya tərəfdarlarını və partiya ilə əlaqələri zəifləmiş ADP üzvlərini, seçkilərin baykot edilməsini düzgün hesab etməyən qüvvələri, eləcə də seçkidə iştirak etməyən, ancaq baykot mövqeyində olmayan siyasi partiyaları, QHT nümayəndələrini, ölkənin demokratikləşməsində, daxili sabitliyin qorunmasında, demokratik prosedurların saxlanması və inkişafında maraqlı olan bütün ictimai fəalları və ziyalıları bu seçkilərdə aktiv olmağa, ADP-nin seçki kompaniyasına fəal maddi, mənəvi və siyasi dəstək verməyə çağırır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
798 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...