Azərbaycan Avropa İttifaqına prezident seçkilərini izləmək üçün dəvət göndərib

Azərbaycan Avropa İttifaqına prezident seçkilərini izləmək üçün dəvət göndərib

Azərbaycan Avropa İttifaqına prezident seçkilərini izləmək üçün dəvət göndərib.

APA-nın məlumatına görə, bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib.

"Seçki ölkənin həyatında vacib hadisədir. Avropa İttifaqı ilə Azərbaycan arasında Əməkdaşlıq Şurasının 1 həftə əvvəl Brüsseldə 5-ci iclası oldu. Azərbaycanı nazir Elmar Məmmədyarov təmsil etdi. Seçkilər müzakirə mövzularından biri idi. Xanım Mogerini bildirdi ki, biz ilk növbədə seçkilərin açıq və demokratik keçiriləcəyinə ümid edirik. Azərbaycan dəvət göndərib. Avropa İttifaqı hər zaman ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun təcrübəsinə əsaslanır. Bilirəm ki, onlara da dəvət göndərilib. Hazırda bu məsələyə baxılır", - deyə diplomat vurğulayıb.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
807 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...