Palata: AKB-nin yaradılması ilə sabitlik üçün təminat yaranacaq

Palata: AKB-nin yaradılması ilə sabitlik üçün təminat yaranacaq

"2015-ci ildə ölkədə baş verən iki devalvasiya nəticəsində bank sektorunda açıq valyuta mövqeyi yarandı, o cümlədən bu devalvasiya zərərlərin formalaşmasına səbəb oldu".

"APA-Economics" xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) baş icraçı direktorunun müavini Asim Zülfüqarov deyib.

Onun sözlərinə görə, nəticədə bankların xarici valyutada öhdəlikləri iki dəfə artıb, borcların idarəedilməsində çətinlik yaranıb. "Devalvasiya nəticəsində kredit riskləri artıb, borcalanlar da öz borclarını vaxtında qaytara bilməyiblər. Nəticədə bir neçə institusional dəyişiklik həyata keçirilib, "İpoteka və Kredit Zəmanət Fondu", "Azərbaycan Kredit Bürosu" yaradılıb. Günün tələbi bu idi ki, daha dolğun, daha səmərəli və daha operativ məlumatlar təqdim olunsun. Kredit Bürosu məlumatların assimetriyasını qaldırmağa, bor calan vətəndaşı daha dəqiq müəyyənləşdirməyə imkan verəcək. Burada borcalanın bu günə qədər olan borcları öz əksini tapacaq. Hər bir borcalan özü haqqında məlumat əldə etməklə biləcək ki, bu qədər borcu götürə bilər, ya yox", - deyə A. Zülfüqarov qeyd edib.

A. Zülfüqarov bildirib ki, Büronun yaradılması ilə sabitlik üçün təminat yaranacaq: "Bu növ təsisatın yaradılması maliyyə intizamının yaradılmasına gətirib çıxaracaq".

Qeyd edək ki, Büro "Azərbaycan Beynəlxalq Bankı” ASC, “Bank Respublika” ASC, “Xalq Bank” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC, “Unibank KB” ASC və “Ziraat Bank Azərbaycan” ASC-nin birgə təşəbbüsü ilə təsis edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
930 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...