MSK sədri: "Bəzi dövlətlər digər xalqların daxili işlərinə qarışmağa maraq göstərir"

MSK sədri: "Bəzi dövlətlər digər xalqların daxili işlərinə qarışmağa maraq göstərir"

"Bəzi dövlətlər digər xalqların daxili işlərinə qarışmağa maraq göstərir".

APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.

MSK sədri deyib ki, bu, reallıqdır: "Reallıq olduğuna görə buna göz yummaq olmaz. Yer kürəsi kiçikdir, insanlar bir yerdə olmağı bacarmalıdır. Birgə fəaliyyət göstərməkdən başqa yolumuz yoxdur. Seçkinin nəticələrini xalq qəbul etməlidir, digər məqamlar önəmli deyil. Azərbaycan seçicilərinin yarıdan çoxunun səsini alan şəxs prezident seçiləcək. Xalqın iradəsindən yüksək heç nə yoxdur".

M. Pənahov qeyd edib ki, MSK yerli və xarici KİV-in əməkdaşlarına daim açıqdır: Seçki prosesində milyonlarla insan iştirak edir. Ona görə də xırda çatışmazlıqların olması normaldır. İdeal heç nə yoxdur".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
790 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...