Lavrov telefonla Xəzərin statusunu müzakirə etdi

 Lavrov telefonla Xəzərin statusunu müzakirə etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla qazaxıstanlı həmkarı Kayrat Abdürrahmanov arasında telefon danışığı olub.

AzVision.az “TASS”-a istinadən xəbər verir ki, nazirlər Qazaxıstanda baş tutacaq Xəzərin hüquqi statusuna dair V sammitə hazırlıq məsələsini müzakirə ediblər.

"2017-ci il dekabrın 4-5-də Moskvada keçirilən Xəzəryanı ölkələrin XİN başçıları məşvərətində qəbul edilən qərarlara əsaslanaraq xarici işlər nazirləri Qazaxıstanda keçiriləcək V Xəzər sammitinə hazırlıqları müzakirə ediblər"-deyə məlumatda qeyd olunub .

Qeyd edək ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xüsusi işçi qrupunun növbəti iclasının fevral ayında keçirilməsi planlaşdırılır. Xəzərin hüquqi statusuna dair Konvensiyanın qəbulu ilə bağlı Qazaxıstanda keçiriləcək sammitin tarixi məhz təşkilatçı ölkə tərəfindən irəli sürülməli, tarixi isə digər Xəzəryanı ölkələrlə razılaşdırılmalıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
805 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...