Əli Həsənov həmkarları İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıb

Əli Həsənov həmkarları İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıb

Bu il aprelin 11-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V Qurultayında çıxışında Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə. Həsənov bildirib ki, bu, həmkarlar ittifaqları qarşısında növbəti vəzifə qoyur: "Mən bilirəm ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qurultaylarında ənənəvi olaraq prezident İlham Əliyevin yenidən prezidentliyə namizədliyi irəli sürülür. Sizin hamınızı növbədənkənar prezident seçkilərində fəal iştirak etməyə çağırıram.

Siz həmişə İlham Əliyevi dəstəkləmisiniz və bu dəfə də öz sözünüzü deyəcəksiniz".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
812 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...