Arif Hacılı deputat olmaq istəyir

Arif Hacılı deputat olmaq istəyir


Müsavat Partiyasının başqanı Arif Hacılı bu ilin noyabrında keçiriləcək parlament seçkilərində namizəd qismində iştirak edəcək. Bu barədə AzVision.az-a Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib.

O bildirib ki, partiya başqanın seçkiyə qatılacağı dairə bəlli olsa da hələlik partiya bunu açıqlamır. Qeyd edək ki, artıq partiya 70-dən çox dairədən namizədini müəyyənləşdirib və digər dairələrdən də namizədlərin müəyyənləşdirilməsi istiqamətində iş gedir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1133 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...