“Obama bizi aldadıb, terror dövləti qurmaq istəyirdi” - Ərdoğan
"Biz Obama dövründə "Zeytunluq” hərəkatı başlatmışdıq. Ancaq "Zeytunluq” hərəkatında Barak Obama bizi aldatdı”.
BakuPost xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Afrin bölgəsində başlayan əməliyyatı şərh edərkən deyib. O bildirib ki, "Zeytunluq” hərəkatında məqsəd Münbici təmizləmək olub: "Lakin Obama sözündə durmadı, biz üzərimizə düşəni etdik, ABŞ üzərinə düşəni etmədi. Onlar söz verdilər ki, Minbicdəki terrorçuları Fərat çayının şərqinə aparacaqlar. Çünki Münbicin əhalisinin 95 faizi ərəblərdir. Anaq sözlərinin üzərində durmadılar, çünki məqsədləri yeni terror dövləti yaratmaq idi. Adını kürd dövləti qoyurdular, halbuki Münbicdə kürdlər yox idi, əhalinin 95 faizi ərəb idi. Kobanidə də əhalinin əksəriyyəti ərəb idi, ərəbləri qovub, ora terrorçuları yığdılar”.
Ərdoğan Türkiyə ordusunun Suriyanın Afrin bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün hazırda həyata keçirdiyi "Zeytun budağı" əməliyyatında türk əsgərləri və müxalif Azad Suriya Ordusunun döyüşçüləri də daxil olmaqla, 7-8 şəhidin olduğunu açıqlayıb: "Məhv edilən terrorçuların sayı isə 268-dən çoxdur. Biz terrorçuların kökünü o torpaqlardan qazıyacağıq. Afrində əməliyyat terrorçuların kökü kəsilənədək davam edəcək".
860 dəfə oxundu