Binəli Yıldırım: "Afrində antiterror əməliyyatı 4 həftə davam edəcək"

Binəli Yıldırım: "Afrində antiterror əməliyyatı 4 həftə davam edəcək"

“Zeytun Budağı” antiterror əməliyyatı 4 həftə sürəcək. “Report” Hürriyət qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Baş Naziri Binəli Yıldırım mətbuat konfransı zamanı media nümayəndələrinə deyib.
Baş Nazir qeyd edib ki, terrorçulara dəstək verən hər bir qüvvə bu əməliyyatın hədəfi olacaq. Afrində ümumi olaraq terrorçuların sayının 8-10 minə yaxın olduğunu bildirən Binəli Yıldırım deyib ki, əməliyyat zamanı 30 kilometr ərazi civarında təhlükəsizlik zonası yaradılacaq.
Yıldırım son olaraq qeyd etdi ki, bu antiterror əməliyyatı Soçi və Astana proseslərinə (Suriya münaqişəsinin həlli- red.) təsir göstərməyəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
824 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...