Türkiyə səfiri: "Şəhidlər Azərbaycanın müstəqilliyinin yolunu açdılar"

Türkiyə səfiri: "Şəhidlər Azərbaycanın müstəqilliyinin yolunu açdılar"

"28 il bundan əvvəl Bakıda tarixin ən qanlı faciələrindən biri yaşanıb. 20 Yanvar tarixə qara gün olaraq keçib. Biz bu acını ürəyimizdə hiss edirik".

APA-nın xəbərinə görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir bildirib ki, şəhidlər inandıqları uğrunda həyatlarından keçiblər: "Onlar Azərbaycanın müstəqilliyinin yolunu açdılar. 20 Yanvar tarixində insanlığa qarşı günah işlənib. Üzərimizə düşən məsuliyyət onların xatirəsini yad etmək, keçmişdən dərs alaraq bu hadisələrin təkrarlanmaması üçün çalışmaqdır. Yəni, düşmənlərimizin qarşısında hər zaman güclü olmayılıq".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1009 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...