İsa Qəmbər evə buraxıldı - FOTO

İsa Qəmbər evə buraxıldı -

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər bu gün xəstəxanadan evə buraxılıb.

Qaynarinfo xəbər verir ki, İsa Qəmbər klinikadan ayrılarkən onu müalicə edən tibbi personalla şəkil çədirib və sosial şəbəkədəki səhifəsində paylaşıb.

"Mərkəzi Klinikadan ayrıldıq. Firdövsi həkim başda olmaqla peşəkar, qayğıkeş həkim heyəti və bütün personala təşəkkürlər!" deyə İsa Qəmbər yazıb.

Statusuna P.S. yazan İsa Qəmbər həmişəki zarafat da edib: "Aida xanım bu gözəl xanımlarla foto çəkdirməyimə icazə verdi".

Qeyd edəki, İsa Qəmbər ötən həftənin şənbə günü səhhətində yaranan rahatsızlıqla əlaqədar Mərkəzi Kiinikaya yerləşdirilmişdi. Həkimlər hazırda onun həyati təhlükəni geridə qoyduğunu bildirirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
821 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...