Erməni səfir öz ölkəsindən Avropa Məhkəməsinə şikayət etdi

Erməni səfir öz ölkəsindən Avropa Məhkəməsinə şikayət etdi

İnsan Haqları üzrə Avropa Məhkəməsi (İHAM) Ermənistanın sabiq XİN rəhbəri Aleksandr Arzumanyanın işi üzrə qərar qəbul edib.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, Arzumanyan Ermənistanda məhkəmənin 2007-ci ilin mayında onun həbsdə saxlanmasını kifayət qədər əsaslandıra bilmədiyinə görə Avropa Məhkəməsinə müraciət edib.

Avropa Məhkəməsinin qərarına əsasən, Arzumanyanın insan haqları üzrə Avropa Konvensiyasının 5 maddəsi üzrə hüquqları pozulub. Qərara görə Ermənistan Arzumanyana 2000 avro dəyərində kompensasiya ödəməli, həmçinin hökumət məhkəmə xərclərini də kompensasiya etməlidir.

Aleksandr Arzumanyan 2007-ci ilin mayında saxlanılıb və həbs olunub. Məhkəmə cinayətin ağırlığı və onun istintaqdan yayına biləcəyi riskini nəzərə alaraq belə bir qərar verib. Arzumanyanın etirazlarına baxmayaraq, qərarın müddəti həmin ilin sentyabr ayına qədər analoji səbəblərə görə dəfələrlə uzadılıb. Bundan sonra Arzumanyan azadlığa buraxılıb.

Qeyd edək ki, Aleksandr Arzumanyan hazırda Ermənistanın Danimarkadakı səfiridir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
969 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...