Ərdoğanın Fransa səfərinin sirri...

Ərdoğanın Fransa səfərinin sirri...

Öncədən də xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə yanvarın 5-də Fransaya səfər edəcək.

Axar.az xəbər verir ki, liderlərin görüşü ilə bağlı gündəmdə olacaq detallar bəlli olub.

Səfər zamanı Qüds, Suriya, İraq, İran və terrorla mübarizə başda olmaqla, regional məsələlər və Türkiyə-AB əlaqələrinin müzakirə olunması nəzərdə tutulur. İki ölkə arasındakı köklü əlaqələr, qarşılıqlı investisiyalar, energetika, müdafiə sənayesi, elm və texnologiya, nəqliyyat, mədəniyyət və təhsil kimi geniş formada məsələlər masaya yatırılacaq.

Görüşün ən diqqət çəkən məqamı isə Türkiyə-Fransa arasında "Avrosam"la bağlı əməkdaşlığın imzalanması ola bilər. Əgər razılaşma olarsa, Türkiyə milli raket əleyhinə müdafiə sistemlərini inkişaf etdirmək üçün İtaliya-Fransa arasındakı birgə əməkdaşlıqdan faydalanacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
965 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...