Novruz Məmmədov: “Türkiyə İŞİD-ə qarşı bu addımları zamanında atır”

Novruz Məmmədov: “Türkiyə İŞİD-ə qarşı bu addımları zamanında atır”


“Suriyada baş verən proseslər, İraq Şam İslam Dövlətinin fəaliyyəti Türkiyənin qonşuluğunda baş verir. Digər proseslər də əlaqəli olaraq Türkiyəyə təsir edir. Ona görə də Türkiyə hökumətinin qərar qəbul edərək İŞİD-ə qarşı addım atması normal haldır”.

APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Türkiyənin İŞİD-ə qarşı atdığı addımlara münasibət bildirərkən deyib.

N. Məmmədov bildirib ki, baş verənlərin Türkiyənin təhlükəsizliyinə, sabitliyinə və Türkiyənin özündə gedən proseslərə mənfi təsiri var: “Türkiyə İŞİD-ə qarşı bu addımları zamanında atır. Çünki iş o yerə gəlib çatıb ki, İŞİD terrorçuları Suriya-Türkiyə sərhədində Türkiyə Silahlı Qüvvələrinin bir zabitini də şəhid ediblər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1156 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...