Qazaxıstanda 800-dən çox Azərbaycan şirkəti fəaliyyət göstərir

Qazaxıstanda 800-dən çox Azərbaycan şirkəti fəaliyyət göstərir

İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Qazaxıstanın energetika naziri Kanat Bozumbayevlə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, Ş.Mustafayev dövlət başçılarının siyasi iradəsi sayəsində Azərbaycan və Qazaxıstan arasında siyasi-iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. İqtisadiyyat naziri diqqətə çatdırıb ki, ölkələrimiz arasında ticarət dövriyyəsində artım müşahidə olunur: "Bununla belə, potensial daha böyükdür və bundan səmərəli istifadə olunmalıdır. Energetika sahəsində də Qazaxıstanla əlaqələrin genişləndirilməsinə önəm verilir. Azərbaycanda Qazaxıstan kapitallı 70-dən çox, Qazaxıstanda isə 800-dən çox Azərbaycan şirkəti fəaliyyət göstərir. Azərbaycanın Aktauda Logistik Mərkəzi var və ölkəmiz xarici tərəfdaşları ilə görüşlərində bu mərkəzdən istifadəni təşviq edir".

Ş.Mustafayev nəqliyyat, tranzit və yükdaşımalar sahəsində əməkdaşlıq imkanlarının böyük olduğunu qeyd edərək, limanlar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, Bakı-Tbilisi-Qars dəmir yolunun, Şimal-Cənub nəqliyyat dəhlizinin potensialını diqqətə çatdırıb. Qazaxıstanlı investorları Azərbaycanda yaradılmış sənaye parklarına və aqroparklara dəvət edən Ş.Mustafayev investorlar üçün əlverişli güzəştlərin nəzərdə tutulduğunu vurğulayıb.

K.Bozumbayev ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivlərini qeyd edib, əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb. Qazaxıstanlınazir ticarət əlaqələrinin inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb, tranzit və yükdaşımalar, kənd təsərrüfatı, qarşılıqlı investisiya qoyuluşu sahələrində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb. Qeyd olunub ki, maşınqayırma sahəsində hər iki ölkənin iş adamlarının iştirakı ilə görüşlərin təşkili əhəmiyyətlidir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
839 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...