Rusiya XİN başçısı: "Xəzərin hüquqi statusuna dair 20 illik işi yekunlaşdırdıq"
"Xəzərdə insidentlərin araşdırılmasına dair razılaşmada xeyli irəliləyiş əldə olunub".
APA-nın Moskva müxbiri xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Moskvada baş tutan toplantısından sonra keçirilən mətbuat konfransında deyib.
S. Lavrov bildirib ki, bütün sənədlər ekspertlər səviyyəsində müzakirə edilir: "Onların konvensiya ilə yanaşı təsdiq üçün Sammitə çıxarılmasını planlaşdırırıq. Xüsusilə görüşdə dəniz mühitinin qorunması ilə bağlı Tehran çərçivə sazişinin icrasındakı problemi qeyd etdik. Bu saziş çərçivəsində ətraf mühitə təsirin qiymətləndirilməsinə dair protokolun qəbulu barədə razılığa gəldik. Rusiya bu mövqedən çıxış edir ki, bu protokol Konvensiyaya kimi imzalana və ya imzalanma dövlət başçılarının təsdiqindən sonra da baş tuta bilər. Bugünkü görüşü pozitiv qiymətləndiririk. 20 illik işi yekunlaşdırdıq. Konvensiyanın mətni ölkə başlarına təqdim ediləcək və ümid edirik ki, onlar tərəfindən də dəstəklənəcək".
1107 dəfə oxundu