Rusiya səfiri vida açıqlaması yayıb

Rusiya səfiri vida açıqlaması yayıb

"Mən təxminən 9 il əvvəl Azərbaycana aydın siyasi təlimatla - Azərbaycanla münasibətləri bütünlüklə möhkəmləndirmək məqsədilə gəldim".

APA-nın məlumatına görə, bu sözlər Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə Azərbaycanda səfir vəzifəsindən azad edilən Vladimir Doroxinin yaydığı müraciətdə əksini tapıb. O bildirib ki, bu tapşırığı yerinə yetirmək çətin olmayıb: “Qarşımda qapılar açıq idi. Azərbaycan da, Rusiya kimi, əlaqələrin möhkəmlənməsinə çalışırdı. Ötən illər ərzində bir-birinin suverenliyinə tamamilə hörmət etmək, bir-birinin daxili işlərinə qarışmamaq və maraqların balansını qorumaq prinsipləri əsasında Rusiya-Azərbaycan tərəfdaşlığının genişlənməsi ilə nəticələnən bir sıra vacib tədbirlərin şahidi və iştirakçısı olmuşam. Biz bir-birimizi daha yaxşı anlamağı, keçmişdə münasibətlərimizdə olan yaxşı hər şeyi dəyərləndirməyi və zamanın yeni tələblərinə uyğun münasibətlər qurmağı öyrəndik. Rusiya-Azərbaycan əməkdaşlığının müsbət xarakterini milyonlarla insan öz üzərilərində hiss etdi”.

Səfir qeyd edib ki, Rusiya və Azərbaycan miqyas, mentalitet və mədəniyyət baxımından müxtəlif ölkələrdir: “Bir sıra məsələlərdə biz fərqli siyasi maraqlara malikik. Bununla yanaşı, münasibətlərimizi qaydasında aparmağa nail olmuşuq. İnanıram ki, qazanılmış bu təcrübə bütün çətinliklər və yeni çağırışlara baxmayaraq, gələcəkdə də iki ölkə və xalqın maraqları naminə istifadə olunacaq. Sizi əmin edirəm ki, Rusiya hər zaman buna çalışacaq. Çünki bizim cənub sərhədlərimizdə stabil, çiçəklənən Azərbaycan görməkdən başqa böyük marağımız yoxdur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
937 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...