Doroxin Rusiyanın Azərbaycandakı səfiri vəzifəsindən azad olunub

Doroxin Rusiyanın Azərbaycandakı səfiri vəzifəsindən azad olunub
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bu vəzifədən geri çağırılıb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, prezident Vladimir Putin V. Doroxinin vəzifədən azad olunması ilə bağlı fərman imzalayıb.

Xatırladaq ki, V. Doroxinin səlahiyyət müddəti başa çatıb. O, 2009-cu ilin fevralında Azərbaycana səfir təyin olunmuşdu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
948 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...