"Ermənistan status-kvonu mümkün qədər çox saxlamaq istəyir" - Prezident İlham Əliyev

"Ermənistan status-kvonu mümkün qədər çox saxlamaq istəyir" -

"Biz NATO baş katibi ilə regional təhlükəsizliklə bağlı məsələləri müzakirə etdik. Regional təhlükəsizlik üçün ən böyük təhlükə Ermənistan və Azərbaycan arasında həll olunmamış münaqişədir".

Bunu Azərbaycan prezidenti İlham Əliyev noyabrın 23-də Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşdən sonra mətbuata bəyanatında deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan əraziləri uzun illərdir, erməni işğalı altındadır, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb: "Əfsuslar olsun ki, vəziyyət dəyişməz olaraq qalır. ATƏT-in Minsk qrupuna üzv olan ölkələrin prezidentlərinin status-kvonun qəbuledilməzliyi və dəyişməli olduğu ilə bağlı bəyanatlarına rəğmən Ermənistan status-kvonu mümkün qədər çox saxlamaq istəyir. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul edib. Ermənistan iyirmi ildən artıqdır ki, bu qətnamələri icra etmir. Münaqişə BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1017 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...