Dağlıq Qarabağ problemi tezliklə həll edilməyəcək — Lavrovdan AÇIQLAMA

Dağlıq Qarabağ problemi tezliklə həll edilməyəcək —

“Danışıqlarla bağlı təcrübəmiz göstərir ki, onlar tezliklə başa çatmayacaq”.

APA-nın məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, 2007-ci ildən etibarən münaqişənin həlli ilə bağlı bütün komponentlər bir sıra sənədlərdə öz əksini tapıb: “O zaman, həmçinin 2009 və 2011-ci illərdə olan sənədlər ATƏT baş katibinə məruzə edilib. Bunlar həmsədrlərin təklifləri kimi masa üzərindədir və paket şəklindədir. Bunlardan bir və ya ikisini götürmək və demək ki, gəlin bu istiqamətdə müzakirə aparaq, çətindir. Çünki o zaman balans itir. Belə olan halda istəyimiz nəticə verməyəcək. Hər iki ölkə prezidenti ötən ay Cenevrədə baş tutan görüşü müsbət qiymətləndirib. Çox yaxşı olardı ki, bu pozitiv yanaşma bizə münaqişənin həlli istiqamətində irəliləmək üçün kömək etsin”.

Lavrov qeyd edib ki, həmsədrlər bu istiqamətdə iş aparır: “Moskvada həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrılıqda görüşü oldu. Biz amerikalı və fransalı həmkarlarımızla birlikdə bu istiqamətdə hazırda hansı vəziyyətdə olduğumuzu təhlil edəcəyik. Çalışacağıq ki, münaqişənin həlli istiqamətində irəliləyişə nail olmaq üçün səylər göstərək. Mən xüsusi optimizm nümayiş etdirmək istəmirəm. Problem mürəkkəbdir, danışıqlarla bağlı təcrübəmiz göstərir ki, onlar tezliklə başa çatmayacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1014 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...