Kiyevdə Saakaşvilinin rəhbərliyi altında yürüş keçirilib - VİDEO

Kiyevdə Saakaşvilinin rəhbərliyi altında yürüş keçirilib -

Kiyevdə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin çağırışı ilə "Qəzəblilərin yürüşü" baş tutub.

"Report"un Ukrayna bürosu xəbər verir ki, 700 nəfərə yaxın şəxs Mixaylovski meydanına toplaşaraq Ali Rada qarşısında yerləşən Konstitusiya meydanına doğru hərəkət edib.

Yürüş iştirakçılarının əsas tələbi ölkə prezidenti və Antikorrupsiya Məhkəməsinin impiçmenti haqqında qanunun qəbul olunmasıdır.

"Yeni qüvvələr hərəkatı"nın nümayəndəsi İvan Slobodyanık Mixaylovski meydanına məhsul yarmarkasının təşkil olunmasını təxribat adlandırıb. Buna baxmayaraq dəstə bir araya gəlib və marşrut üzrə hərəkət edib.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
850 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...