“Məhz deputat maaşı ilə dolanan adamam” — deputatdan Siyavuş Novruzova DƏSTƏK

“Məhz deputat maaşı ilə dolanan adamam” —

Milli Məclisin 63 saylı Sabirabad birinci seçki dairəsindən seçilmiş deputatı Elçin Quliyev də Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzovun deputatların maaşının artırılması təklifinə dəstək verib.

E.Quliyev “Ölkə.Az”-a açıqlamasında deputat həmkarı Siyavuş Novruzovun fikirlərini dəstəklədiyini bildirib:

“Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olaraq mən bu məsələyə qarışa bilmərəm. Yəni, bu məsələ ilə bağlı partiya rəhbərliyi nə isə söyləyə bilər. Təbii ki, Siyavuş Novruzov da YAP-ın icra katibinin müavini olduğu üçün onun təklifini dəstəkləyirəm. Amma Samir Şərifov da çıxışında bildirdi ki, Milli Məclis öz büdcəsini özü təsdiq edir. Ona görə də Milli Məclis tərəfindən edilən təkliflərə baxılacaq. Amma nəzərə almaq lazımdır ki, deputatların xərcləri çox olur. Misal üçün, mən deputatam və maaşımdan savayı heç bir gəlir mənbəyim yoxdur. Sırf deputat maaşı ilə dolanan adamam. Açığı bu barədə danışmaq istəmirəm. Amma bəzən seçicilərimlə görüşən zaman onlara öz maaşımdan köməklik göstərirəm”.

Xatırladaq ki, millət vəkili Siyavuş Novruzov 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputatların maaşının artırılmasını təklif edib:

“Deputatların maaşı artırılmalıdır. Milli Məclis üzvlərinin maaşı rayon prokurorunun və polis rəisinin əmək haqqından aşağıdır. Əksər işləri Milli Məclis həyata keçirir. Həmçinin burada bizdən çox işləyən əməkdaşlar var. Onların əmək haqqı artırılmalıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1068 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...