Aİ komissarı: “Biz münaqişələri bəyannamələrlə həll edə bilmərik”

Aİ komissarı: “Biz münaqişələri bəyannamələrlə həll edə bilmərik”

Avropa İttifaqının üzv ölkələri noyabrda Brüsseldə keçiriləcək “Şərq tərəfdaşlığı” sammitinin yekun bəyannaməsinin layihəsini razılaşdırıblar.

APA-nın məlumatına görə, bunu Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han ötən sammitin bəyannaməsində ölkələrin ərazi bütövlüyü ilə bağlı ikili yanaşmanın nümayiş etdirilməsinə və bu bəyannamədə də eyni mövqenin əksini tapıb-tapmayacağı barədə suala cavabında deyib.

Y. Han bildirib ki, hazırda “Şərq tərəfdaşlığı”nın iştirakçısı olan 6 ölkə ilə bəyannamə mətni barədə müzakirə aparılır: “Mən ümid edirəm ki, noyabrın ortalarına qədər razılıq əldə olunacaq və bu razılıq tədbirin özündə də davam edəcək. Çünki keçən dəfə sammitin iflasına yaxın olan çox çətin bir vəziyyət yarandı. Bu dəfə biz bundan çəkinməliyik. Hər kəs problemləri bilir və bu məsələ ötən sammitdən bu yana dəyişməyib. Hətta daha əvvəlki sammitdən ötən sammitə kimi də dəyişməmişdi. Biz bu kimi problem və münaqişələri bəyannamələrlə həll edə bilmərik. Mənim məsləhətim hər zaman qarşıdurma yaradacaq dildən çəkinmək və konkret nəticə verəcək məsələlərə köklənməkdir. Bu, insanların da fundamental marağındadır. Mən ümid edirəm ki, biz razılığa gələ biləcəyik. Hər kəs bu dəfə eyni hadisənin baş verməməsi üçün keçən sammitdən dərs götürməlidir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
926 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...