CNN əməkdaşının adı Azərbaycan XİN-in "qara siyahı"sına salındı

CNN əməkdaşının adı Azərbaycan XİN-in "qara siyahı"sına salındı

CNN telekanalının şou aparıcısı, baş aşbaz Entoni Burden Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiyinə görə arzuolunmaz şəxslər siyahısına daxil edilib.

Virtualaz.org bildirir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev özünün "Twiter" səhifəsində yazıb.

H. Hacıyev bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini, eləcə də qanunlarını pozduğu üçün E. Burdenin "qara siyahı"ya salınmasına qərar verilib.

Xatırladaq ki, CNN-in əməkdaşı oktyabr ayında “Entoni Burden: bilinməyən yerlər” teleşousu üçün işğal altındakı Şuşaya səfər edib. O, bu barədə sosial şəbəkədəki səhifəsində xəbər verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
910 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...