“TANAP və TAP layihələrinin potensial maliyyə tərəfdaşıyıq” - AİB-in vitse-prezidenti

“TANAP və TAP layihələrinin potensial maliyyə tərəfdaşıyıq” -

“TANAP və TAP layihələri Avropa, eləcə də Azərbaycan və Avrasiya məkanı üçün vacib layihələrdir”. Bu sözləri APA-nın Tallinə ezam olunmuş müxbirinə açıqlamasında Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak deyib.

O bildirib ki, Avropa İnvestisiya Bankı bu layihələrin potensial maliyyə tərəfdaşlarındandır: “Maliyyə məsələləri müzakirə olunur. Bizim bu məsələdə mövqeyimiz Aİ-nin tək Azərbaycan deyil, Türkiyə və digər layihə iştirakçısı ölkələrə olan yanaşması ilə bağlıdır. Biz bu məsələni Avropa Komissiyası və üzv ölkələrlə müzakirə edirik. Maliyyələşmə ilə bağlı qərar tezliklə verilə bilər”.

V. Hudak qeyd edib ki, qərarın nə zaman veriləcəyi tək onların deyil, həm də Avropa Komissiyası və üzv ölkələrin koordinasiyasından asılıdır. Onun sözlərinə görə, dəqiq tarix və ayrılacaq məbləğ barədə danışmaq hələ çox tezdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
923 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...