“Ukrayna hakimiyyəti məndən qurtulmaq, öldürmək istəyir”- MİXAİL SAAKAŞVİLİ
Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili ukraynalıları oktyabrın 17-də Kiyevdə mitinqə çağırandan sonra Xarkovda korrupsiya əleyhinə keçirilən mitinqdə həyatının təhlükədə olduğunu deyib.
Gununsesi.info-nun məlumatına görə, keçmiş qubernator Ukrayna hakimiyyətinin onun haqqında gizli planlarından danışıb:
“Mən dəqiq bilirəm ki, onlar məndən qurtulmağa çalışacaqlar. Ən yaxşı ehtimalda məni deportasiya edəcəklər. Ən pis ehtimalda hətta öldürə də bilərlər. Bu, onlar üçün çətin iş deyil. Amma mən heç nədən və heç kimdən qorxmuram. “
Sentyabrın 10-da Saakaşvili Ukrayna vətəndaşlığından çıxarıldıqdan sonra Polşaya keçmişdi. Daha sonra yenidən Ukraynaya qayıdan M.Saakaşvilinin Ukraynadan Gürcüstana ekstradisiyası ilə bağlı sorğu göndərilib.
Ukraynanın Ədliyyə naziri Pavel Petrenko Gürcüstan tərəfindən gələn sorğunun araşdırıldığını deyib.
Xatırladaq ki, Saakaşvili oktyabrın 3-də Ukraynadan sığınacaq istəsə də, hakimiyyət onun ərizəsinə rədd cavabı vermişdi.
898 dəfə oxundu