Lukaşenkonun azərbaycanlı deputatlarla görüşü: “Soçidə Sarkisyanla zarafatlaşdıq”

Lukaşenkonun azərbaycanlı deputatlarla görüşü:

"Belarus tərəfinin prinsipial mövqeyi MDB-də və digər inteqrasiya strukturlarında parlamentin rolunun güclənməsindən ibarətdir".

AzVision.az xəbər verir ki, bunu Minskdə Milli Məclisin sədri Oqtay Əsədovla görüşündə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

O, qeyd edib ki, KİV-də onun MDB Parlamentlərarası Assambleyası ilə bağlı fikirləri müxtəlif cür izah edilir. “Sanki, belaruslar onu dağıtmaq istəyir. Hərçənd biz MDB Parlamentlərarası Assambleyanın rolunun gücləndirilməsinin təşəbbüskarıyıq. Müzakirələr effektli olmalıdır” - Prezident bildirib.

Lukaşenkonun azərbaycanlı deputatlarla görüşü:


Lukaşeno vurğulayıb ki, hər iki ölkənin parlamentləri ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verə bilərlər: “Bəli, çoxları deyəcəklər ki, Azərbaycan və Belarus parlamentləri haradasa Qərbdə olduğu kimi belə bir rol oynamır. Allah göstərməsin. Parlamentin hakimiyyətin qanunvericilik qolu kimi öz funksiyaları və öhdəlikləri var. Bu, ali qanun yaratma orqanıdır. Parlamentin öz imkanları və üstünlükləri var. Düşünürəm ki, parlamentlər ölkələrimiz arasında münasibətlərin inkişafına təkan verə bilər. Prezident kimi şəxsən mən Belarus parlamenti sədrinin fikirlərinə çox diqqət yetirirəm. Bilirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev də çox demokratik, yüksək təhsilli və intellektual şəxsdir. Əgər ölkə parlamenti vacib məsələni irəli sürərsə, ona xüsusi diqqət yetirir. Hər iki ölkənin müəyyən etdiyi öz yolu, öz siyasi xətti var. Ölkələrimiz arasında çox səmimi və yaxşı münasibətlər var. Sözsüz ki, biz dost kimi bir-birimizə etibar edirik”, - Belarus Prezidenti deyib.

Lukaşenkonun azərbaycanlı deputatlarla görüşü:


Prezident deyib ki, Belarus və Azərbaycan bir çox sahələrdə sıx əməkdaşlıq edirlər. Ölkələrimizin müştərək müəssisələrinin istehsal etdiyi məhsullar digər ölkələrin bazarlarına çıxarılır: “Biz birlikdə Cənub və Şərqə doğru addımlayırıq. İqtisadi sahədə bu siyasəti dəstəkləməkdə davam edəcəyik. Belarus ilə Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlıq genişlənir, bunu heç kimdən gizlətmirik. Azərbaycana bu sahədə dəstək verməkdə israrlıyıq. Azərbaycanlılar sülhsevər xalqdır və münaqişə vəziyyətinə baxmayaraq, tamamilə sülh mövqeyinə üstünlük verirlər. Belarus Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır və bununla bağlı qətiyyətli mövqeyini davam etdirəcək”, - deyə Lukaşenko qeyd edib.

Lukaşenkonun azərbaycanlı deputatlarla görüşü:


Soçidə MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyünü xatırladan Lukaşenko deyib ki, bu görüşdə ikitərəfli münasibətlərə və müəyyən problemlərə dair geniş müzakirələr aparılıb: “Siz təəccüblənəcəksiniz: Ermənistan prezidenti ilə zarafatlaşdıq. Bu, siyasətdə problemlərin həlli üçün işarədir”.

Ölkələrimiz arasında çoxşaxəli əlaqələrin inkişaf etdirilməsinə xüsusi diqqət ayırdığına görə, Azərbaycan dövlətinin başçısına minnətdarlığını bildirən Aleksandr Lukaşenko Prezident İlham Əliyevə xoş və səmimi salamlarını çatdırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1016 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...