Ərdoğana sui-qəsd cəhdində günahlandırılan 37 nəfərə ömürlük həbs cəzası verilib

Ərdoğana sui-qəsd cəhdində günahlandırılan 37 nəfərə ömürlük həbs cəzası verilib
Keçən il Fətullahçı Terror Təşkilatının (FETÖ) 15 iyul hərbi çevriliş cəhdi zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsdə cəhd edən və bu zaman 2 polisi öldürən dəstə üzvlərinə hökm oxunub.

APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, general Gökhan Şahin Sönmezateş, polkovnik Şükrü Seymen, FETÖ imamı olan çavuş Zəkəriyyə Kuzu da daxil olmaqla, 34 hərbçi və 3 texniki işçiyə ömürlük həbs cəzası verilib.

Ömürlük azadlıqdan məhrum edilənlər arasında Türkiyə prezidentinin sabiq yavəri Ali Yazıcı da var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
911 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...