Azərbaycan Avropa İttifaqına niyə üzv olmaq istəmir?
Latviyanın xarici işlər naziri (XİN) Edqars Rinkeviçs “European Western Balkans” nəşrinə müsahibəsində Azərbaycanın Avropa İttifaqına (Aİ) üzv olmaq istəmədiyini deyib. Rinkeviçs qeyd edib ki, hamı xalqların və hökumətlərin qərarlarına hörmət etməlidir.
Politoloq, millət vəkili Rasim Musabəyov mövzu ilə bağlı AzVision.az-a açıqlamasında bildirib ki, Azərbaycanın Avropa İttifaqına qatılması hazırda siyasi gündəmdə yoxdur.
“Azərbaycan real olaraq anlayır ki, indiki mərhələdə bu məsələ gündəlikdə deyil. Azərbaycan konkret proqmatik əməkdaşlıq yolunu seçib. Olmayan məsələni Azərbaycan gündəliyə gətirmir. Bundan əlavə qeyd edim ki, Azərbaycan ideoloji məsələlərin deyil, proqmatik məsələlərin həllini önə çəkir”.
Millət vəkili Asim Mollazadə isə bildirib ki, Azərbaycan Avropa İttifaqı ilə çox ciddi tərəfdaşdır və təhsil, mədəniyyət və digər sahələrdə ortaq dəyərlərin inkişafı mühüm əhəmiyyət malikdir.
"Hazırda Azərbaycan Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi üzərində işləyir. Biz heç vaxt üzvlük üçün Avropa İttifaqına müraciət etməmişik. Üzvülük məsələsi bizim üçün hazırda prioritet deyil".
910 dəfə oxundu