"Bağdadda azərbaycanlı olduğu ehtimal edilən başqa uşaqlar da var" - Diplomat

 "Bağdadda azərbaycanlı olduğu ehtimal edilən başqa uşaqlar da var" -

“Bağdaddakı azərbaycanlı uşaqların ölkəmizə göndərilməsi üçün İraq hökumətinin qərarını gözləyirik”.

Bunu APA-ya Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Ramiz Qafarov deyib. R. Qafarov bildirib ki, hazırda bu istiqamətdə əlaqədar qurumlarla işlər aparılır və siyasi qərar verilməlidir: “İŞİD-dən xilas edilən uşaqlar və valideynləri ilə bağlı rəsmi yazışmalarımızı davam etdiririk. İraq hökumətinin onların Azərbaycana göndərilməsi ilə bağlı müsbət qərarı olmalıdır. Burdakı qurumlar da bu işdə bizə köməklik göstərməyə çalışır”.

R. Qafarov deyib ki, Bağdadda tapılan uşaqların sırasında azərbaycanlı olduğu təxmin edilən digər kimsəsiz uşaqların da Azərbaycana qaytarılması üçün işlər görülür: “Tək Abdulla yox, azərbaycanlı olduğu güman edilən başqa kimsəsiz uşaqlar da var ki, onların da bizə təhvil verilməsi, Azərbaycana göndərilməsi üçün işlər aparırıq. Bununla bağlı İraq hökumətinə rəsmi müraciət etmişik. Uşaqların bəziləri körpədir, danışa bilmir. Sənədi olan və olmayanlar var. Buna görə bəzi çətinliklər yaranır. Elə uşaqlar var ki, valideynləri yanındadır və onlar düşərgələrdə yerləşdirilib. Valideynləri yanında olmayanlar isə kimsəsizlər sığınacağında saxlanılır. Onlar üçün hər cür şərait yaradılıb”.


 "Bağdadda azərbaycanlı olduğu ehtimal edilən başqa uşaqlar da var" -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
913 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...