İstanbulun yeni meri məlum oldu

İstanbulun yeni meri məlum oldu

İstanbul Böyükşəhər Bələdiyyəsinə yeni sədr seçilib.

GUNDEMINFO.AZ Report-a istinadən xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Mövlud Uysal üç turdan sonra üzvlərin lazımi səsini almağı bacarıb.

O, üçüncü turda 179 səs alaraq Türkiyənin əsas müxalifət - Cümhuriyyət Xalq Partiyasından (CHP) olan rəqibi, Bəylikdüzü bələdiyyəsinin sədri Əkrəm İmamoğluna qalib gəlib. Namizədlərə bu turda 156 səs almaq kifayət edirdi.

M.Uysal bu vəzifəyə seçilənədək 2009-cu ildən bəri Başakşəhər bələdiyyəsinin sədri vəzifəsində çalışıb.

Qeyd edək ki, Kadir Topbaş bu günlərdə İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyindən istefa verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
827 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...