"Qərb Azərbaycana layiqli dəyər vermir..." - Metyu Brayza
“Avropada, bütövlükdə Qərbdə çox adam var ki, Azərbaycanı tanımır”. Musavat.com-un məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri, dövlət katibinin Cənubi Qafqaz üzrə eks-köməkçisi Metyu Brayza “Vestnik Kavqaza” nəşrinə müsahibəsində deyib. Keçmiş diplomat Bakının Avropa və ABŞ-la perspektiv münasibətlərindən də danışıb.
Brayza öncə Azərbaycan prezidenti İlham Əliyevin AŞPA-nın ölkəmizlə bağlı sonuncu qətnaməsində işğal altındakı ərazilərlə bağlı cümlənin çıxarılmasını sərt tənqid eləməsi ilə bağlı suala aydınlıq gətirib: “Belə davranışı mən anlaya bilmirəm. AŞPA həmişə Azərbaycan perspektivlərinə simpatiya bəsləyib və beynəlxalq təşkilat kimi beynəlxalq hüquqa uyğun surətdə Azərbaycanın ərazi bütövlüyünü müdafiə edir (və müdafiə etməlidir). Bununla belə, deyə bilmərəm Ermənistanın Azərbaycan ərazilərini işğal eləməsi haqda bənd qətnamədən nə üçün çıxarılıb. Ola bilsin, AŞPA nümayəndə heyətlərinin qrupları konkret formulirovkaya etiraz ediblər, nəinki Azərbaycanın ərazi bütövlüyünün bərpası prinsipinə”.
Bakıda I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi münasibətilə Azərbaycanı təbrik edən sabiq diplomat bu xüsusda bildirib ki, Avropada, bütövlükdə Qərbdə çox adam var ki, Azərbaycanı tanımır, amma düşünürlər ki, orada yaxşı heç nə baş verə bilməz: “Azərbaycanın nailiyyətlərinin, dini tolerantlıq və müxtəlifliyinin, Azərbaycanın strateji önəminin aşağı qiymətləndirilməsi və yanlış dərki üçün çoxlu səbəb var. Eyni zamanda Qərbdə çoxları, xüsusən də jurnalistlər onların həmkarları – jurnalistlər və siyasi xadimlər həbsə salınanda çox pəjmürdə olurlar. Fərq eləməz – hansı səbəbdən. Amma bu, təkcə Azərbaycana aid problem deyil”.
Sabiq həmsədr həmçinin, Azərbaycanın ABŞ-la hərbi əməkdaşlığının hər iki tərəf üçün böyük əhəmiyyət daşıdığını bildirib: “Bu məsələ Bakıda səfir işlədiyim vaxtlarda, Dövlət Departamenti və Ağ Evdə çalışdığım zamanlarda mənim üçün həlledici prioritetlərdən olub”.
Dağlıq Qarabağ probleminin həll perspektivindən toxunan eks-diplomat hesab edir ki, ən yaxşı həll modeli 2007-ci ilin noyabrında həmsədrlər tərəfindən “Madrid sənədi” şəklində ortaya qoyulub... Azərbaycan və Ermənistan prezidentləri yerdə qalan fikir ayrılıqlarını yoluna qoyub qarşılıqlı etimadı bərpa eləməlidir. ABŞ prezidenti isə bu prosesə öz rolunu oynaya bilər və oynamalıdır”.
1128 dəfə oxundu